
Qar xəbərdarlığı: "Şamaxı"nın planları yenə pozuldu
- 23 Fev 2023 11:48
- 386
Bu gün axşamdan etibarən ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək,əksər bölgələrimizə qar yağacaq.
Rekord.az xəbər verir ki, Şamaxı da bu bölgələrin sırasındadır və sabah bu rayona da güclü qar yağacağı gözlənilir.
Bu isə "Şamaxı"nın planlarını pozacaq. Güclü qar yağacağı halda komanda yenə qapalı məkanda məşq keçməli olacaq ki, "Sabah"la vacib oyun öncəsi bu durum "Şamaxı"nın məşqçilər korpusu üçün heç də xoş olmayacaq.