
“Qalatasaray”dan Fransa klubuna
- 05 Avq 2025 11:30
- 113
"Qalatasaray”ın futbolçusu Pşemıslav Frankovski karyerasını Fransada davam etdirəcək.
Rekord.az xəbər verir ki, polşalı yarımmüdafiəçi “Renn”lə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 30 yaşlı oyunçu 2025/26 mövsümünü Liqa 1 təmsilçisində icarədə keçirəcək.
Frankovski bu ilin fevral ayında Fransa "Lans"ından “Qalatasaray”a keçmişdi.