“Qalatasaray”ın futbolçusu Hakim Ziyeş zədələnib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərakeşli yarımmüdafiəçi millinin heyətində olarkən zədələnib. 

Onun ayaq biləyində burxulma olub. Klub futbolçunun 3-4 həftə meydana çıxa bilməyəcəyini açıqlayıb.

Hakim Ziyeş bu mövsüm “Qalatasaray”da 14 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.