UEFA Çempionlar Liqasında pley-off mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, ilk gündə 4 oyun baş tutub.

“Qalatasaray” evdə “Yuventus”a böyük hesabla qalib gəlib. “Real” səfərdə “Benfika”dan, PSJ isə “Monako”dan güclü olub. Dortmund “Borussiya”sı da evdə “Atalanta”nı məğlub edib.

UEFA Çempionlar Liqası
Pley-off, ilk oyunlar

17 fevral

Qalatasaray (Türkiyə) – Yuventus (İtaliya) 5:2
Qollar: Q.Sara, 15. Lanq, 49; 75. D.Sançes, 60. S.Boy, 86 – Kopmeyners, 16; 32.

Benfika (Portuqaliya) – Real (İspaniya) 0:1
Qol: Vinisius, 50.

Borussiya (Dortmund, Almaniya) – Atalanta (İtaliya) 2:0
Qollar: Girassi, 3. Beyer, 42.

Monako (Fransa) – PSJ (Fransa) 2:3
Qollar: Baloqun, 1; 18 – Due, 29; 67. Hakimi, 41.