Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.

Mahir Emrelinin formasını geyindiyi “Konyaspor” səfərdə “Kasımpaşa”ya qalib gəlib. “Adana Dəmirspor” bol qollu matçda “Kayserispor”i məğlub edib. Lider “Qalatasaray” isə evdə “Fatih Karagümrük”lə matçdan xal itkisi ilə ayrılıb.

Türkiyə Super Liqası
31-ci tur

22 aprel

Ümraniyəspor – Beşiktaş 0:2
Qol: Redmond, 25. Abubakar, 71.

23 aprel

Kasımpaşa – Konyaspor 1:2
Qol: Fall, 13 – Kalvo, 30. M.Diuf, 45+6.

Adana Dəmirspor – Kayserispor 5:3
Qol: Ndiaye, 7; 27. Belhanda, 32. Y.Sarı, 45+6. Onyekuru, 52-pen – Tiam, 24; 30; 45+4.

Qalatasaray – Fatih Karagümrük 3:3
Qol: K.Aktürkoğlu, 3. S.Oliveyra, 45+1-pen. Boy, 80 – Diaqne, 18. Borini, 26; 30.

24 aprel

18:00. Girəsunspor – Başakşəhər
21:00. Antalyaspor – Sivasspor
21:00. Fənərbaxça – İstanbulspor