Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"ni Bakıda mübarizədən kənarlaşdıran "Qalatasaray"  Azərbaycana təşəkkür edib.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi "Feysbuk" səhifəsində bununla bağlı yazıb: "Hər şey üçün təşəkkürlər, yenidən görüşərik, AzərbayCAN!".

Qeyd edək ki, Bakı Olimpiya Stadionundakı qarşılaşma "Neftçi"nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.