Ronaldo dünya çempionatlarının pley-off mərhələsində meydana çıxan ən yaşlı futbolçu oldu
- 14:00
- 33
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatları tarixində pley-off mərhələsində meydana çıxan ən yaşlı futbolçu olub.
Sports.az xəbər verir ki, 41 yaş 147 günlüyündə Xorvatiya millisinə qarşı 1/16 final oyununa start heyətində çıxan təcrübəli hücumçu bu göstərici ilə mundialların rekordunu yeniləyib.
Əvvəlki rekord İngiltərə millisinin sabiq qapıçısı Piter Şiltona məxsus idi. O, 1990-cı ildə keçirilən dünya çempionatında üçüncü yer uğrunda görüşdə 40 yaş 292 günlüyündə meydana çıxmışdı.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Kanada və Meksikada keçirilir. Turnir iyulun 19-da başa çatacaq.