Nagelsmann Almaniya yığmasının baş məşqçi postundan ayrıldı
- 13:20
- 33
Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsmann komandanın DÇ-2026-da mübarizəni dayandırmasından sonra vəzifəsindən ayrılıb.
Rekord.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Almaniya millisinin 1/16 finalda Paraqvaya məğlubiyyətindən (1:1, penaltilər seriyasında 3:4) sonra 38 yaşlı mütəxəssis kollektivdə fəaliyyətini davam etdirməyə hazır olduğunu bəyan etsə də, sonradan istefa verdiyi bildirilib.
Yığmanının baş məşqçi postuna hazırda əsas namizədin Yurgen Klopp olduğu söylənilir.
Xatırladaq ki, 2023-cü ildən milliyə rəhbərlik edən Nagelsmann daha əvvəl bu ölkənin "Bayern", "Leypsiq" və "Hoffenhaym" klublarını çalışdırıb.