"Kəpəz"in bıçaqlanan futbolçusu I Liqa klubuna keçir?
- 13:00
- 62
"Kəpəz"in bıçaqlanan futbolçusu Veysəl Rzayev Gəncə klubundan ayrılıb.
Rekord.az xəbər verir ki, onun aprel ayında məşqlərə qoşulacağı gözlənilsə də, sonradan açıqlandı ki, ağ ciyərində nəfəsalam ilə bağlı problem olduğu üçün daha bir müddət müalicə olunmalıdır.
Aldığımız son məlumata görə isə, Veysəl I Liqaya üz tuta bilər. Onunla "Xankəndi" maraqlanır. Hətta tərəflər arasında ilkmin danışıq da olub. Qeyd edək ki, Veysəl fevralın 3-də gecə saatlarında Gəncədə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdi.