Futbol üzrə dünya çempionatında Kolumbiya Qananı məğlub edib.


Rekord.az xəbər verir ki, Kanzas stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Cənubi Amerika təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0.


14-cü dəqiqədə Con Arias fərqlənib.


Bu nəticənin ardından 1/16 final mərhələsinin oyunlarına yekun vurulub. 1/8 finala yüksəlməyi bacaran Kolumbiyanın rəqibi İsveçrə olacaq.