
PSJ Zidan xəbərini təkzib etdi
- 21 Dek 2021 15:45
- 469
PSJ-nin Zinəddin Zidanla danışıqlar apardığı barədə məlumat yayılıb.
Rekord.az xəbər verir ki, PSJ-nin idman direktoru Leonardo məsələ ilə bağlı açıqlama verib.
O, yayılan məlumatın həqiqəti əks etdirmədiyini deyib:
“Biz heç vaxt Zidanla və başqa bir məşqçi ilə əlaqə saxlamamaşıq, danışmamışıq”.
49 yaşlı Zidan 2021-ci ilin yayından işsizdir. Onun sonuncu iş yeri “Real” olub. PSJ-ni isə hazırda Mouritsio Poçettino çalışdırır.