"Lill"in futbolçusu Renato Sançes Avropa nəhənglərinin maraq dairəsindədir.

 

Rekord.az Fransa mətbuatıına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçinin xidmətində PSJ və "Milan" maraqlıdır.

 

İtaliya klubu portuqaliyalı futbolçu üçün onun klubuna bonuslarla birlikdə 15 milyon avroluq təklif göndərib. Tərəflər arasında danışıqlar davam edir.

 

PSJ isə Sançeslə maraqlansa da, hələ ki, rəsmi təklif göndərməyib.

 

Renato Sançes 2019-cu ilin yayından "Lill"də çıxış edir. Portuqaliya millisinin üzvü son mövsümdə Liqa 1 klubunun heyətində meydana çıxdığı 32 rəsmi matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.