PSJ Şimali Amerikadakı fəaliyyətini genişləndirməyə davam edir.

Rekord.az xəbər verir ki, Fransa klubu Texas və Arizonada iki yeni akademiya açıb.

Hyuston və Finiksdəki akademiyaya qəbul isə may ayının sonlarında olacaq.

Qeyd edək ki, akademiyalarda U-4-dən U-17-yə qədər bütün yaş qrupları üzrə oğlan və qızlar üçün proqramlar tərtib ediləcək.