
PSJ "Napoli"nin futbolçusu ilə razılaşdı
- 08 Avq 2022 17:20
- 442
PSJ heyətinə yeni futbolçu qatmağa hazırlaşır.
Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisi "Napoli"dən Fabian Ruizi transfer etməyə yaxındır.
Tərəflər artıq razılığa gəliblər. 26 yaşlı yarımmüdafiəçi ilə qısa müddət ərzində müqavilə imzalanacaq.
Paytaxt klubu Ruizə görə təxminən 25 milyon avro ödəyəcək.
Qeyd edək ki, ispaniyalı oyunçu ötən mövsüm 38 oyunda 7 qol vurub və 5 qolun ötürməsini verib.