Fransanın PSJ klubu argentinalı hücumçusu Lionel Messinin cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Rekord.az xəbər verir ki, bu barədə klub müvafiq bəyanat yayıb.

Klubun sahibi Nasser El-Xelaifi Messiyə xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Messi 2021-ci ilin yayından PSJ-də forma geyinirdi. O, Paris təmsilçisində 74 matçda 32 qol və 35 məhsuldar ötürmə müəllifi olub.