
PSJ Mbappeyə görə məhkəməyə verildi
- 23 İyl 2022 12:42
- 414
La Liqa rəhbərliyi PSJ-nin futbolçusu Kilian Mbappe ilə may ayının sonunda imzaladığı müqaviləsinin ləğv edilməsi üçün Paris inzibati məhkəməsinə müraciət ünvanlayıb.
Rekord.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. İşin aktual olmadığı üçün müraciət rədd edilib. Daha sonra La Liqanın vəkili Xuan Branko məhkəmənin təfərrüatlarını açıqlayıb. O deyib:
"Fransa məhkəmələrindəki cəhdlərimiz güclü müqavimətlə qarşılaşdı. Lakin bu, bir neçə ay sonra Avropa məhkəmələrinə müraciət etməyimiz üçün yalnız başlanğıc idi".
Mənbənin məlumatına görə, La Liqa təmsilçiləri İdarəetməyə Nəzarət üzrə Milli Departamentin (DNCG) qərarının ləğv edilməsini də xahiş ediblər. Daha əvvəl La Liqa Paris klubuna qarşı maliyyə iddiaları ilə gündəmə gəlmişdi. Lakin onların tələbi rədd edilmişdi. Hər iki müraciətə daha uzun müddət ərzində baxılacaq.