PSJ futbolçusu Qabriel Moskardonu icarəyə verib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


19 yaşlı yarımmüdafiəçi Portuqaliya "Braqa"sına keçib. Onunla 1 illik müqavilə imzalanıb. 


Moskardo 2024-cü ilin yanvarından PSJ-nin futbolçusudur. O, Braziliyanın U-20 millisi ilə Cənubi Amerika çempionu olmağı da bacarıb.