Mövsümün sonunda PSJ-dən ayrılacaq daha bir futbolçunun adı məlum olub.

Rekord.az xəbər verir ki, Yulian Draksler Paris klubunu tərk edəcək. Onunla “Sevilya”nın yaxından maraqlandığı bildirilir. Almaniya millisinin üzvü PSJ-də 2017-ci ildən çıxış edir.

Qeyd edək ki, mövsümün sonunda Tilo Kerer, Layven Kurzava, Leandro Paredes və Anxel D Mariyanın da PSJ-dən gedəcəyi bildirilir.