
PSJ-də Neymar şoku
- 20 Fev 2023 11:15
- 384
PSJ-nin hücumçusu Neymar Liqa 1-in 24-cü turu çərçivəsində baş tutan “Lill” ilə ev oyununda sıradan çıxıb.
Rekord.az xəbər verir ki, görüşün 51-ci dəqiqəsində topuğu burxulan braziliyalı ulduz matça davam edə bilməyib.
Bu üzdən də o, Huqo Ekitike ilə əvəzlənib. Meydanı xərəkdə tərk edən Neymarın hansı müddətə sıradan çıxdığı barədə hələlik məlumat yoxdur. Buna ətraflı müayinələrdən sonra aydınlıq gələcək.
Xatırladaq ki, komandasının “Lill”ə 4:3 hesabıyla qalib gəldiyi oyunda Neymar bir qol vurub, bir məhsuldar ötürmə müəllifi olub.