
Premyer Liqada koronavirusa rekord yoluxma
- 21 Dek 2021 16:00
- 548
Futbol üzrə İngiltərə Premyer Liqasında koronavirusa rekord sayda yoluxma qeydə alınıb.
Rekord.az bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Belə ki, dekabrın 13-dən 19-dək oyunçulardan, texniki heyətdən və digər şəxslərdən 12 345 COVİD-19 testi götürülüb. Onlardan 90-ı müsbət çıxıb. Bu, pandemiyanın başlanğıcından bəri mütləq rekorddur.
Xatırladaq ki, son turlarda koronavirusa yoluxma hallarının artması səbəbindən Premyer Liqada 10-a yaxın oyun təxirə salınıb.