İngiltərənin “Brayton” klubu yarımmüdafiəçisi Paskal Qrossla müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Almaniyadan olan 31 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş yeni sözləşmə imzalanıb.

Qross 2017-ci ildən “Brayton”un uğurları üçün çalışır. O, bu komandada 184 oyuna 23 qol vurub.