
Premyer Liqa klubunda yeni baş məşqçi
- 03 May 2023 16:16
- 343
İngiltərənin “Lids” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Xavi Qrasiyanı istefaya göndərən Premyer Liqa təmsilçisi onu Sem Ellerdaysla əvəz edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni baş məşqçi ilə müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub. O, cəmi 4 oyunda bu komandaya rəhbərlik edəcək.
68 yaşlı mütəxəssis son olaraq “Vest Bromviç”ə rəhbərlik etmişdi.
“Lids” hazırda 30 xalla Premyer Liqanın turnir cədvəlində 17-ci sırada qərarlaşıb.