
Premyer Liqa klubunda milli üzvü ilə yeni müqavilə
- 24 Fev 2023 23:06
- 423
“Everton” qapıçısı Cordan Pikfordla müqavilənin müddətini uzadıb.
Rekord.az xəbər verir ki, tərəflər müddəti 2027-ci il iyunun 30-na kimi nəzərdə tutulan yeni müqaviləyə imza atıblar.
Pikford 2017-ci ildən Mersisayd təmsilçisində çıxış edir. O, “Everton”da 222 matça çıxıb, 319 qol buraxıb.
İngiltərə millisinin də üzvü olan 28 yaşlı futbolçu 2022/23 mövsümündə Premyer Liqada 23 oyuna çıxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb, 30 qol buraxıb.