“Yuventus” “Mançester Yunayted”in futbolçusu Pol Poqbanı geri qaytarmaq niyyətindədi.

Rekord.az xəbər verir ki, Turin təmsilçisi fransalı üçün danışıqlara start verib.

Poqba bu yay “Yuventus”a keçə bilər.

“Yuventus” Poqbaya mövsümdə 10 milyon avro qazanacağı müqavilə təklif edir.

Poqba 2012-16-cı illərdə “Yuventus”da forma geyinib.