"Mançester Yunayted"in futbolçusu Pol Poqba klubdan ayrılmaq istəyir. 

Rekord.az "Sport İtalia"ya istinadən xəbər verir ki, 28 yaşlı yarımmmüdafiəçi mövsümün sonunda başa çatacaq müqaviləsini yeniləməyəcək.

Poqbanın 2012-2016-cı illərdə çıxış etdiyi "Yuventus"a qayıtmaq istədiyi bildirilib. 

Qeyd edək ki, Poqba 2016-cı ildən "Mançester Yunayted"də oynayır.