
Polis “Milan”ın futbolçusunu cinayətkarla səhv saldı VİDEO
- 19 İyl 2022 15:47
- 512
İtaliya polisi “Milan”ın futbolçusu Tyemue Bakayokonun avtomobilini yoxlamaq üçün saxlayıb.
Rekord.az xəbər verir ki, hadisə Milanda baş verib. İdmançı maşını tərk etməyə məcbur olub, bundan sonra polis onun üst-başını axtarmağa başlayıb.
Polislərdən biri silahı maşına tuşlayıb. Az sonra həmkarı futbolçunu yoxlayan işçiyə yaxınlaşaraq nəyisə izah etməyə başlayıb. Polis işçisi onun sözlərindən sonra təəccüblənib və Bakayokonun kürəyinə vuraraq onu buraxıb.
Polis məşhur futbolçu Bakayokonu tanımayıb və onu şəhərdə baş verən atışmada şübhəli bilinənlərdən və axtarışda olanlardan biri ilə səhv salıb.
27 yaşlı futbolçu 2017-ci ildə qoşulduğu Londonun “Çelsi” klubuna məxsusdur. O, 2018-ci ildən icarə əsasında “Milan”, “Monako”, “Napoli” və yenidən “Milan”da çıxış edib. 2021/22 mövsümünün sonunda İtaliya çempionu olub.