UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulacaq.


Rekord.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma keçiriləcək.


"Qarabağ" "Nyukasl"la üz-üzə gələcəksə, "İnter" səfərdə "Budyo Qlimt"in qonağı olacaq. "Atletik" Belçikada "Brügge", "Bayer 04" isə Yunanıstanda "Olimpiakos"la görüşəcək.


Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.


UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

18 fevral


21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə)

00:00. "Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya)

00:00. "Bodo Qlimt" (Norveç) - "İnter" (İtaliya)

00:00. "Brügge" (Belçika) - "Atletik" (İspaniya)