"Barselona"nın futbolçusu Jerar Pikeni azarkeşlər ABŞ-da "Real"la yoxlama oyununda (1:0) fitə basıblar.

Rekord.az xəbər verir ki, ispan müdafiəçi ayrıldığı sevgilisi Şakiraya xəyanət etdiyi üçün azarkeşlər bu addımı atıblar.

62-ci dəqiqədə meydana daxil olan Pikeni azarkeşlər hər topa toxunduğu zaman fitə basıblar. Onlar bir neçə dəfə Şakiranın adını da səsləndiriblər.

Pike və Şakira iyunda ayrılıblar.