"Barselona"nın müdafiəçisi  Jerar Pike zədələnib.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onun baldır əzələsində problem olduğu bildirilib. Bərpanın müddəti açıqlanmayıb.

Qeyd edək ki, Pike bu mövsüm meydana çıxdığı 13 oyunda 2 qol vurub.