
PFL "Turan Tovuz"a bu nöqsanları aradan qaldırmağı tapşırıb
- 10 Avq 2022 13:00
- 818
Xeyli fasilədən sonra yenidən Premyer Liqaya qayıdan "Turan Tovuz" ilk turda "Qəbələ"ni qəbul etdi və oyuna gələn azarkeş sayı turun rekordu oldu.
Rekord.az xəbər verir ki, ajiotaj, komandanın oyununa azarkeş marağı yüksək olsa da, Tovuz stadionunda hələ də bir sıra çatışmazlıqlar qalmaqdadır.
Saytımıza daxil olan məlumata görə, artıq bununla bağlı PFL Tovuz klubunun rəhbərliyinə müəyyən iradları çatdırıb və həmin problemləri həll etməyi tapşırıb. İlk növbədə stadionda internet problemi var və eyni zamanda medianın rahat fəaliyyəti üçün şərait yoxdur. Yəni yüksək sürətli internet verilişi təmin edilməli, jurnalistlərin fəaliyyəti üçün şərait yaradılmalıdır. Bundan başqa, futbolçuların soyunub-geyinmə otağından meydançaya gəlişi üçün dəhlizin olmaması da nöqsan kimi klubun diqqətinə çatdırılıb.