
PFL Tovuz stadionuan "hə" deyəcək. Gəncəyə isə...
- 20 İyl 2022 15:00
- 487
Bu yaxınlarda Tovuz stadionunu təftiş edən PFL nümayəndələri müəyyən nöqsanlar aşkarlasalar da,ümumilikdə arena haqqında müsbət rəy veriblər.
Rekord.az xəbər verir ki, həmin nöqsanlar çempionatın startına kimi aradan qadırılsa, komanda ev oyunlarını doğma meydançada keçirəcək.
Lakin təəssüflə qeyd edək ki, Gəncə stadionu haqda eyni sözləri demək olmaz. Çünki burada vəziyyət həqiqətən qeyri-müəyyəndir. AFFA-nın hesabına "Kəpəz"ə akademiya tikilsə də, əsas stadionun əsaslı təmiri üçün heç bir iş görülmür. Bu isə o deməkdir ki, "Kəpəz" növbəti mövsüm ev oyunlarını müvəqqəti olaraq Bakıda keçirməli olacaq.