
PFL rəsmisi Konfrans Liqasına təyinat aldı
- 01 Mar 2023 18:30
- 405
Peşəkar Futbol Liqasının icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
Rekord.az xəbər verir ki, Avropa Konfrans Liqası çərçivəsində martın 9-da Belçikanın Brüssel şəhərindəki “Anderlext Stadium”da keçiriləcək “Anderlext” (Belçika) – “Vilyareal” (İspaniya) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.