
Pepe ÇL tarixində bunu bacaran 3 futbolçudan biridir
- 23 Fev 2023 14:30
- 416
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliyanın “İnter” komandası ilə oyun “Porto”nun müdafiəçisi Pepe üçün əlamətdar olub.
Rekord.az xəbər verir ki, o, ÇL-in pley-off mərhələsində səfər oyununa çıxan ən yaşlı üçüncü futbolçuya çevrilib - 39 yaş 361 gün.
Bu baxımdan Pepeni yalnız 40 yaşını tamamladıqdan sonra pley-off matçına çıxan iki oyunçu qabaqlayır: 40 yaş 123 günündə Rayan Giqqz (2013/14 mövsümündə), 40 yaş 2 günündə isə Alessandro Kostakurta (2005/06).