İspaniyanın gənclərdən ibarət yığmasının müdafiəçisi Mark Pubil "Almeriya"dan Madrid "Atletiko"suna keçib.


Rekord.az xəbər verir ki, bu barədə "Atletiko"nun rəsmi saytı məlumat yayıb.


O, yeni klubu ilə 5 illik müqavilə bağlayıb.


Qeyd edək ki, 22 yaşlı futbolçu Paris Yay Olimpiya Oyunlarında qızıl medal qazanan İspaniya millisinin heyətində yer alıb.