
Paytaxt klubunda yeni futbolçu
- 21 İyl 2025 19:40
- 53
"Roma" "Lans"dan yarımmüdafiəçi Neyl Əl-Aynauinin transferini reallaşdırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
21 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Əl-Aynaui "Roma"da 8 nömrəli forma ilə çıxış edəcək.
Əl-Aynaui futbol karyerasına "Nansi"nin akademiyasında başlayıb. 2021-ci ildə əsas komandada debüt edən yarımmüdafiəçi 2023-cü ildə "Lans"a keçib. O, indiyə qədər müxtəlif turnirlərdə 130 oyunda 17 qola imza atıb.