Futbol üzrə Ukrayna Premyer Liqasında 30-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin formasını geyindyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Kiyev “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

Paşayev bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

“Aleksandriya” 30 turdan sonra 45 xalla çempionluq uğrunda mübarizə aparan ilk altılıqda 5-ci pillədə qərarlaşıb.