Fransanın paytaxtı Paris şəhərində 6-7 mayda gənclər arasında Avropa kuboku keçiriləcək.

Rekord.az xəbər verir ki, turnirdə 21 ölkədən 372 idmançı iştirak edəcək. 

Azərbaycan yarışda 7 çəki dərəsində 15 oğlan və 1 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət yığmanın məşqçisi Elxan Rəcəbli rəhbərlik edəcək.

İdmançılarımız 8-10 may tarixlərində Parisda təşkil olunacaq beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

Qızlar

-57 kq.
Fidan Əlizadə
Oğlanlar

-60 kq. 
Nizami İmranov 
Nurlan Kərimli 
Nicat Şirinov 

-66 kq. 
İslam Rəhimov 
Aydın Rzayev 
Nicat Nağıyev 

-73 kq. 
Qadir Hüseynov 
Vüsal Qələndərzadə 
Elnur Qasilov 

-81 kq. 
Ömər Rəcəbli 
Aslan Kotsoyev
Məmmədrza Hacızadə 

-90 kq. 
İsmayıl Zamanov 

+100 kq. 
Kənan Nəsibov