
Paralimpiya çempionumuz Prezident Kubokunun finalında
- 25 Apr 2025 13:20
- 101
Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) Çinin Taiyan şəhərində keçirilən Prezident Kubokunda finala yüksəlib.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Paralimpiya çempionu özbəkistanlı rəqibini məğlub edərək həlledici raunda vəsiqə qazanıb.