
Ozobiç “Turan Tovuz”da
- 26 İyl 2025 21:00
- 56
“Turan Tovuz” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Tovuz klubu Filip Ozobiçi heyətinə qatıb.
Son olaraq “Neftçi”nin şərəfini qoruyan yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb. Rusiyada “Spartak”, Xorvatiyada “Hayduk” və “Slaven” klublarında çıxış etmiş Filip Ozobiç ölkəmizdə “Qəbələ” və “Qarabağ”da da forma geyinib. Ozobiç 2021-ci ildən şərəfini qoruduğu Azərbaycan millisinin heyətində 15 oyun keçirib və 1 qol vurub.