Futbol üzrə Niderland birinci divizionunda 3-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Helmond”la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.

Ozan da bu gün görüşün iştirakçısı olub. O, bu görüşə start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.

“Eyndhoven” 3 oyuna topladığı 9 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.