“Oyunçularımdan o qədər də razı qalmadım” - Berdıyev
- 03 Avq 2024 21:22
- 246
Bu gün Azərbaycan Premyer Liqasının 1-ci turunda “Neftçi” – “Turan Tovuz” oyunu keçirilib.
Rekord.az xəbər verir ki, Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyevin oyundan sonra mətbuat konfransı keçirilib.
Türkmən çalışdırıcı əvvəlcədən çətin oyun olacağını güman etdiklərini bildirib:
“Əvvəlcədən biz güman edirdik ki, çətin oyun olacaq. “Neftçi” çox yaxşı komandadır. Bu oyun bizə göstərdi ki, hansı mövqelər üzərində çalışmalıyıq. Oyunçularımdan o qədər də razı qalmadım. Əsas məsələlərdən biri hücumla bağlıdır. Uşaqlar əslində necə oynamalı olduqlarını bilirlər. Yəqin ki, zamanla alışacaqlar.
Bir daha qeyd etmək istəyirəm ki, biz çox güclü komandayla qarşılaşdıq. Hər bir komandanın çatışmayan cəhətləri var, həmçinin bizdə. Zamanla aradan qaldırmağa çalışacağıq. Atmosfer gözəl idi, azarkeşlərimizə təşəkkür etmək istəyirəm.
Qazon məsələsinə gəlincə, şərtlər hər iki komanda üçün eyni idi. Hədəflərimiz maksimum şəkildədir. Heyətmizdən asılı olmayaraq, bütün oyunlarda qələbəyə oynayacağıq”.