“Oyuna yaxşı başlasaq da, yekunda pis nəticə göstərdik”
- 00:17
- 25
"Naxçıvan" "Ordu" ilə oyuna yaxşı başlasa da, yekunda pis nəticə göstərib.
Rekord.az xəbər verir ki, bunu "Naxçıvan"ın baş məşqçisi Nikola Bozinoski klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis Azərbaycan Basketbol Liqasının 11-ci turunda "Ordu"ya məğlub olduqları qarşılaşma (64:86) ilə bağlı fikirlərini bölüşüb:
"Oyuna yaxşı başlasaq da, yekunda çox pis nəticə göstərdik. Müəyyən dəqiqələrdə xal qazanmaqda çox çətinlik çəkdik. Çox pis üçlük faizi ilə çıxış etdik. Hər matçda rəqibin iki oyunçusunu dayandıra bilmirik. Rəqib hesabda önə keçdikdən sonra komandamız zəif mübarizə apardı. Sadə dillə desək, görüşü rəqibə "hədiyyə" etdik".