
Oynamaya-oynamaya 1 ildir "Sumqayıt"dan maaş alır
- 13:00
- 137
Ötən ilin yayında toplanış zamanı ağır zədə alan İsa Süleymani 1 ildir ki "Sumqayıt"a kömək edə bilmir.
Rekord.az xəbər verir ki, xeyli müddətdir reabilitasiya kursu keçən pakistanlı müdafiəçinin Qəbələ toplanışına qatllacağı gözlənilsə də, bu baş tutmadı.
Onun yeni mövsümün ilk turlarında da komandaya kömək edəcəyi inandırıcı deyil.
Maraq üçün qeyd edək ki, Süleymani baxmayaraq ki, 1 ildir "Sumqayıt"a kömək edə bilmir. Klub futbolçuya böyük jest edib və onunla müqaviləyə xitam verməyib, üstəlik, maaşı da aybaay kartına köçürülüb.