“Ordu” və “Sumqayıt”dan qələbə
- 22:00
- 28
Azərbaycan Basketbol Liqasında 11-ci tura start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutub.
B qrupunu əhatə edən matçlarda Bakı İdman Sarayında "Naxçıvan"la qarşılaşan "Ordu" 86:64 hesablı qələbə qazanıb. "Sumqayıt" isə Sumqayıt Olimpiya İdman Kompleksində "Lənkəran"a 99:95 hesabı ilə qalib gəlib.
Daha iki matç sabah baş tutacaq. NTD - "Gəncə" və "Sabah" - "Neftçi" matçları isə təxirə salınıb.