Azərbaycan Basketbol Liqasında 9-cu turun daha iki oyunu keçirilib.


Rekord.az xəbər verir ki, günün ilk matçında B qrupunda yer alan “Ordu” "Sumqayıt"ı məğlub edib - 106:86.


A qrupunda isə NTD və "Şəki" komandaları üz-üzə gəliblər.


Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 93:79.


Turun əvvəlki qarşılaşmalarında "Quba" "Lənkəran"ı (95:87), "Naxçıvan" isə "Sərhədçi"ni (90:74) məğlub edib.