Azərbaycan Basketbol Liqasında 13-cü turun daha 2 oyunu keçirilib.


Rekord.az xəbər verir ki, ilk olaraq B qrupunda "Ordu" "Sərhədçi" ilə üz-üzə gəlib.


Matç "Ordu" kollektivinin 98:82 hesablı qələbəsi ilə bitib.


A qrupunda isə "Gəncə" və "Neftçi" kollektivləri qarşılaşıb. Görüş Bakı təmsilçisinin 77:75 hesablı qələbəsi ilə yekunlaşıb.


Qeyd edək ki, turun ilk matçında "Naxçıvan" "Lənkəran"a 106:75 hesabı ilə qalib gəlib.