Azərbaycan Basketbol Liqasında 6-cı turun daha bir oyunu keçirilib.


Rekord.az xəbər verir ki, günün ikinci matçında "Ordu" "Naxçıvan"la üz-üzə gəlib.


Qarşılaşma "hərbçilər"in qələbəsi ilə yekunlaşıb - 100:76.


Günün ilk görüşündə "Sərhədçi" "Quba"nı üstələyib - 86:82.


Tura noyabrın 9-da yekun vurulacaq. Ötən gün keçirilən matçda "Sumqayıt" "Lənkəran"ı 98:94 hesabı ilə məğlub edib.