"Lənkəran" klubu Azərbaycan Basketbol Liqasının 5-ci turunda, "Ordu" ilə oyunda çox top itkilərinə yol verib.


Rekord.az xəbər verir ki, bunu baş məşqçi Georgi Kondruseviç bölgə təmsilçisinin mətbuat xidmətinə açıqlamasında deyib.


O, məğlubiyyətin səbəbləri haqqında danışıb:


"Qarşıya qoyulan tapşırıqları qismən deyil, tam şəkildə yerinə yetirsəydik, oyun fərqli nəticələnə bilərdi. O zaman bu cür rəqibə qarşı daha yaxşı oynamaq şansımız olardı. Rəqib bərbad top itkilərimizdən sonra fərqlənib irəli çıxdı. Çox top itkilərinə yol verdik və ilk hissədə hücumdakı oyunumuzu dəyişə bilmədik. Zədələnmiş oyunçularımızın çatışmazlığı hiss olundu və bu, xüsusilə dördüncü hissədə özünü göstərdi. Hazırda zədə problemi yaşayırıq, bu da tam təlim-məşq toplanışı keçə bilməməyimizin nəticəsidir. Buna baxmayaraq işimizi davam etdirəcəyik".


"Ordu" "Lənkəran"la görüşdə 91:79 hesablı qələbə qazanıb.