
Oqtay Abdullayev "Turan Tovuz"dan göndərilə bilər
- 14 İyl 2022 14:00
- 581
Klublara maliyyə yardımı və nəzarəttədricən AFFA-dan alınaraq gənclər və idman nazirliyinə verilməkdədir. Təsadüfi deyil ki, növbəti aydan SOCAR-dan gələcək vəsaitin federasiyanın hesabına yox, yerli icra hakimiyyətlərinə yönləndiriləcəyi gözlənilir. Bu mənada klublarda rəhbər postlarda da müəyyən dəyişikliklər gözlənilir.
Rekord.az-a daxil olan məlumata görə, ilk belə dəyişiklik "Turan Tovuz"da baş verə bilər.
AFFA-dan bu kluba təyin olunan kurator Oqtay Abdullayev postundan ayrıla bilər. Sızan məlumata görə, Tovuz İcra Hakimiyyəti kluba özü nəzarət etmək və öz adamını kluba rəhbər posta qoymaq niyyətindədir.