
Öncə “Aris”, sonra “Araz-Naxçıvan”
- 21 İyl 2025 14:15
- 57
Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Araz-Naxçıvan” – “Aris” oyunöncəsi mətbuat konfransları və açıq məşqlərinin vaxtı müəyyənləşib.
Rekord.az xəbər verir ki, rəqib “Aris”in mətbuat konfransı iyulun 23-də, saat 17:00-da başlayacaq.
İlk 15 dəqiqəsi media üçün açıq olacaq məşq isə saat 18:00-da start götürəcək.
Naxçıvan komandasının baş məşqçisi Elmar Baxşıyev və bir futbolcunun iştirakı ilə keçiriləcək oyunöncəsi mətbuat konfransı isə saat 19:00-da başlayacaq. Saat 19:30-da isə məşqə start veriləcək və ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
Hər iki komandanın mətbuat konfransları və məşqləri “Dalğa Arena”da keçiriləcək.